VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

     Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə İdarəsinin rəisi Zahir Hümbətov aprel ayının 27-də saat 11:00 da ədliyyə fəaliyyəti ilə bağlı Ağstafa rayonunda vətəndaşların qəbulunu keçirəcəkdir.

    Vətəndaşlar qəbula yazılmaq üçün Şəmkir regional ədliyyə idarəsinə (əlaqə telefonları: şəhər 02230 5 82 50, mobil: (050( 671-27-37, (050) 514-14-10, elektron poçt: shamkir_rd@justice.gov.az) müraciət edə bilərlər.

Vətəndaşların qəbulu Ağstafa rayon icra və probasiya şöbəsinin  inzibati binasında (Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 18 A ) keçiriləcəkdir.