Tovuz rayonunda Şəmkir regional ədliyyə idarəsinin rəisi Zahir Hümbətov vətəndaşları qəbul edib

       Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Şəmkir regional ədliyyə idarəsinin rəisi Zahir Hümbətov  aprelin 15-də Tovuz rayonunda ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edib.

       Qəbul zamanı vətəndaşlar diqqətlə dinlənilərək, onların Tovuz rayon icra və probasiya şöbəsinin fəaliyyəti barədə müraciətlərinə baxılıb, qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, digərləri isə nəzarətə götürülərək Tovuz rayon icra və probasiya şöbəsinə müvafiq tapşırıqlar verilmişdir.

      Yerlərdə qəbulların keçirilməsi vətəndaşlar tərəfindən məmnunluqla qarşılanıb.