VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə İdarəsinin rəisi Zahir Hümbətov aprel ayının 15-də saat 11:00 da ədliyyə fəaliyyəti ilə bağlı Tovuz rayonunda vətəndaşların qəbulunu keçirəcəkdir.

Vətəndaşlar qəbula yazılmaq üçün Şəmkir Regional Ədliyyə İdarəsinə (əlaqə telefonları: şəhər 02230 5 82 50, mobil (050) 671-27-37, (050) 514-14-10, elektron poçt: shamkir_rd@justice.gov.az) müraciət edə bilərlər.

Vətəndaşların qəbulu Tovuz rayon icra və probasiya şöbəsinin inzibati binasında (Tovuz şəhəri, Fariz Ələkbərov rüçəsi 6A) keçiriləcəkdir.