Bələdiyyələrin faəliyyətinin təşkilinə kömək və metdoloji yardım məqsədilə seminar- müşavirə keçirilmişdir.

Şəmkir regional ədliyyə idarəsi tərəfindən 11.03.2022-ci il tarixdə Tovuz rayonunun bələdiyyələri ilə elektron formatda "Yerli büdcənin icrası barədə illik hesabatların hazırlanması, təsdiqi və yerli əhaliyə çatdırılması üçün mövcud vasitələrdən ,o cümlədən İKT-nin imkanlarından səmərəli istifadə olunması" , "Bələdiyyə aktlarının inzibati nəzarəti həyata keçirən orqana " Bələdiyyələrlə iş portalı" vasitəsi ilə göndərilməsinin əhəmiyyəti", "Bələdiyyələr tərəfindən statistik hesabatların hazırlanması və təqdim olunması ilə bağlı qanunvericiliyin tələbləri", "Yerli büdcə gəlirlərinin artırılması istiqamətində qanunvericiliklə müəyyənləşdirilmiş mənbələrdən istifadə imkanlarının təkmilləşdirilməsi", "Bələdiyyələrdə kargüzarlıq və arxiv işinin aparılması qaydaları və bu zaman dövlət dilinin normalarına əməl olunması" mövzularında seminar müşavirə keçirilmişdir. İdarənin əməkdaşları tərəfindən qeyd edilən movzularda çıxışlar edilmiş, seminar iştirakçılarının sualları cavablandırılmışdır.