Bələdiyyələrin faəliyyətinin təşkilinə kömək və metdoloji yardım məqsədilə seminar- müşavirə keçirilmişdir.

Şəmkir regional ədliyyə idarəsi tərəfindən 2022-ci ilin birinci yarımilinin İş Planına uyğun olaraq Şəmkir rayonunun bələdiyyə üzvlərinin iştirakı ilə "Yerli büdcənin icrası barədə illik hesabatların hazırlanması, təsdiqi və yerli əhaliyə çatdırılması üçün mövcud vasitələrdən, o cümlədən İKT -nin imkanlarından səmərəli istifadə olunması", "Bələdiyyə aktlarının inzibati nəzarəti həyata keçirən orqana "Bələdiyyələrlə iş portalı" vasitəsi ilə göndərilməsinin əhəmiyyəti", "Bələdiyyələr tərəfindən statistik hesabatların hazırlanması və təqdim olunması ilə bağlı qanunvericiliyin tələbləri", "Yerli büdcə gəlirlərinin artırılması istiqamətində qanunvericiliklə müəyyənləşdirilmiş mənbələrdən istifadə imkanlarının təkmilləşdirilməsi" mövzularında onlayn seminar-müşavirə keçirilmişdir. İdarənin əməkdaşları tərəfindən qeyd olunan mövzular üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş, seminar iştirakçılarının sualları cavablandırılmışdır.