Bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilmişdir.

Şəmkir regional ədliyyə idarəsinin 2018-ci ilin ikinci yarımili üçün nəzərdə tutulan iş planına uyğun olaraq 06.12.2018-ci il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Şəmkir regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Ağstafa şəhərində seminar keçirilmişdir. Seminarda iştirakçılarına "Bələdiyyə aktlarının qəbulu və icrası", "Bələdiyyə qulluğuna qəbul prossesində şəffaflığın təmin edilməsi", "Yerli vergi borcunun ödənilməsi qaydası", "Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi" və "Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı" mövzularında mühazirələr deyilmiş, mövzular ətrafında diskusiyalar aparılmışdır. Tədbirdə Ağstafa rayonunda fəaliyyət göstərən 29 bələdiyyənin ümumilikdə 38 üzvü və qulluqçusu iştirak etmişdir.