Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə bağlı Şəmkir şəhərində tədbir keçirilmişdir

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə bağlı 22 noyabr 2018-ci il tarixdə Şəmkir şəhərində tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəl xalqımızın ulu öndəri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirək, abidəsi önünə gül dəstələri qoymuşlar. Daha sonra tədbir iştirakçıları Şəmkir şəhər Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoymuşlar. Tədbir rayon Məhkəməsinin inzibati binasında davam etdirilmiş və Şəmkir Rayon Məhkəməsinin sədri Könül Məmmədov çıxış edərək ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik etmişdir. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasında ədliyyə orqanlarının rolu, ədliyyə sisteminin tarixi, bu günü haqqında geniş nitq söyləyərək ədliyyə işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər.