Bələdiyyələrin maarifləndirilməsi tədbirləri davam etdirilir

Şəmkir regional ədliyyə idarəsinin 2018-ci ilin ikinci yarımili üçün nəzərdə tutulan iş planına uyğun olaraq 14.11.2018-ci il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Şəmkir regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Şəmkir şəhərində seminar keçirilmişdir. Seminarda iştirakçılarına "Bələdiyyə aktlarının qəbulu və icrası", "Bələdiyyə qulluğuna qəbul prossesində şəffaflığın təmin edilməsi", "Yerli vergi borcunun ödənilməsi qaydası", "Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi" və "Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı" mövzularında mühazirələr deyilmiş, mövzular ətrafında diskusiyalar aparılmışdır. Tədbirdə Şəmkir rayonunda fəaliyyət göstərən 42 bələdiyyənin ümumilikdə 68 üzvü və qulluqçusu iştirak etmişdir.