Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə bağlı Şəmkir şəhərində ağacəkmə aksiyası keçirilmişdir

Şəmkir regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 03 noyabr 2018-ci il tarixdə Şəmkir şəhərində Şəhidlər xiyabanı ərazisində ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Şəmkir regional ədliyyə idarəsinin, Rayon Məhkəməsinin, Qeydiyyat, İcra və probasiya şöbələrinin əməkdaşları iştirak etmişlər. Əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə yüzdən artıq şam ağacları əkilərək, həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılmışdır.