Regionda Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə bağlı tədbirlər davam etdirilir

        Şəmkir regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 02 noyabr 2018-ci il tarixdə Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin müəllim və şagird heyəti ilə geniş görüş keçirilmişdir. Görüşdə regional ədliyyə idarəsinin əməkdaşları, Ədliyyə Akademiyasının müəllimi Mətanət Əsgərova və Şəmkir rayon Qeydiyyat şöbəsinin rəisi Ruziyyə Allahverdiyeva iştirak etmişdir. Şəmkir regional ədliyyə idarəsinin rəisi Zahir Hümbətov Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibəti ilə keçirilən silsilə tədbirlər barədə, Ədliyyə Akademiyasının əməkdaşı M.Əsgərova uşaq hüquqları, yuvenal ədliyyə, bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumatlar vermiş, Şəmkir rayon Qeydiyyat şöbəsinin rəisi R.Allahverdiyevanın “ Erkən nikah və onun fəsadları” mövzusunda məruzəsi təqdim edilmiş, regional idarənin əməkdaşı Taryel Qəhrəmanov Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin təqdimatını etmişdir.