Şəmkir regional ədliyyə idarəsində “açıq qapı” günü keçirilmişdir

Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileylərinin qeyd edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq 31.10.2018-ci il Şəmkir regional ədliyyə idarəsində "açıq qapı" günü keçirilmişdir. Yerli ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı qəbul aparılmış, vətəndaş müraciətləri diqqətlə dinlənilmişdir. Qəbul zamanı müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. Həmçinin bələdiyyə və ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılmışdır.