Regionda bələdiyyələrin maarifləndirilməsi tədbirləri davam etdirilir

Şəmkir regional ədliyyə idarəsinin 2018-ci ilin ikinci yarımili üçün nəzərdə tutulan iş planına uyğun olaraq 16.10.2018-ci il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Şəmkir regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Tovuz şəhərində seminar keçirilmişdir. Seminarda iştirakçılarına "Bələdiyyə aktlarının qəbulu və icrası", "Bələdiyyə qulluğuna qəbul prossesində şəffaflığın təmin edilməsi", "Yerli vergi borcunun ödənilməsi qaydası", "Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi" və "Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı" mövzularında mühazirələr deyilmiş, mövzular ətrafında diskusiyalar aparılmışdır. Tədbirdə Tovuz rayonunda fəaliyyət göstərən 41 bələdiyyənin ümumilikdə 74 üzvü və qulluqçusu iştirak etmişdir.