Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir

     

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş” Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileylərinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı” na əsasən Şəmkir regional ədliyyə idarəsi tərəfindən Şəmkir şəhər Əhməd Cavad adına orta məktəbin 11-ci siniflərində ədliyyə tarixi ilə bağlı mühazirə təşkil edilmiş, elektron xidmətlərin təqdimatı keçirilmişdir.