Bələdiyyələrin maarifləndirilməsi tədbirləri davam etdirilir

Şəmkir regional ədliyyə idarəsinin 2018-ci ilin ikinci yarımili üçün nəzərdə tutulan iş planına uyğun olaraq 25.09.2018-ci il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Şəmkir regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Qazax şəhərində seminar keçirilmişdir. Seminarda iştirakçılarına "Yerli özünüidarəetmədə etik davranış", "Yerli vergi borcunun ödənilməsi qaydası", "Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi" və "Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı" mövzularında mühazirələr deyilmiş, mövzular ətrafında diskusiyalar aparılmışdır. Tədbirdə Qazax rayonunda fəaliyyət göstərən 17 bələdiyyənin ümumilikdə 34 üzvü və qulluqçusu iştirak etmişdir.