Bələdiyyələrin maarifləndirilməsi tədbirləri davam etdirilir

Şəmkir regional ədliyyə idarəsinin 2017-ci ilin ikinci yarımili üçün nəzərdə tutulan iş planına uyğun olaraq 08.12.2017-ci il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Şəmkir regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Ağstafa şəhərində seminar keçirilmişdir. Seminarda iştirakçılarına "Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri" və "Nağdsız hesablaşmalar və onların məqsədi" və mövzularında mühazirələr deyilmiş, mövzular ətrafında diskusiyalar aparılmışdır. Tədbirdə Ağstafa rayonunda fəaliyyət göstərən 29 bələdiyyənin ümumilikdə 35 üzvü və qulluqçusu iştirak etmişdir.