Bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilmişdir.

Şəmkir regional ədliyyə idarəsinin 2017-ci ilin ikinci yarımili üçün nəzərdə tutulan iş planına uyğun olaraq 15.11.2017-ci il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Şəmkir regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Şəmkir şəhərində seminar keçirilmişdir. Seminarda iştirakçılarına "Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri" və "Nağdsız hesablaşmalar və onların məqsədi" və mövzularında mühazirələr deyilmiş, mövzular ətrafında diskusiyalar aparılmışdır. Tədbirdə Şəmkir rayonunda fəaliyyət göstərən 41 bələdiyyənin ümumilikdə 61 üzvü və qulluqçusu iştirak etmişdir.