Bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilmişdir.

26 oktyabr 2017-ci il tarixdə Şəmkir regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Tovuz rayonunda fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilmişdir. Seminarda idarə əməkdaşları tərəfindən "Nağdsız hesablaşmalar və onların məqsədi" və "Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri" mövzularında çıxışlar edilmişdir.Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Tədbirdə Tovuz rayonunda fəaliyyət göstərən 41 bələdiyyənin ümumilikdə 62 üzvü və qulluqçusu iştirak etmişdir.