Regionda bələdiyyələrin maarifləndirilməsi tədbirləri davam etdirilir

10 oktyabr 2017-ci il tarixdə Şəmkir regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Qazax rayonunda fəaliyyət göstərən bələdiyyə üzvlərivə qulluqçuları üçün seminar keçirilmişdir. Seminarda idarə əməkdaşları tərəfindən "Nağdsız hesablaşmalar və onların məqsədi" və "Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri" mövzularında çıxışlar edilmişdir. Seminarda maraq doğuran məsələlər üzrə müzakirələr aparılmışdır. Tədbirdə Qazax rayonunda fəaliyyət göstərən 17 bələdiyyənin ümumilikdə 32 üzvü və qulluqçusu iştirak etmişdir.