Regionda bələdiyyələrin maarifləndirilməsi tədbirləri davam etdirilir

26 sentyabr 2017-ci il tarixdə Şəmkir regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Gədəbəy rayonunda fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilmişdir. Seminarda idarə əməkdaşları tərəfindən "Nağdsız hesablaşmalar və onların məqsədi" və "Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri" mövzularında çıxışlar edilmişdir. Seminarda maraq doğuran məsələlər üzrə müzakirələr aparılmışdır. Tədbirdə Gədəbəy rayonunda fəaliyyət göstərən 20 bələdiyyənin ümumilikdə 34 üzvü və qulluqçusu iştirak etmişdir.