Ağstafa rayonunda Şəmkir regional ədliyyə idarəsinin rəisi Zahir Hümbətov vətəndaşları qəbul edib

     Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Şəmkir regional ədliyyə idarəsinin rəisi Ağstafa rayonunda ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edib.

    Qəbul zamanı vətəndaşlar diqqətlə dinlənilərək, onların Ağstafa rayon icra və probasiya şöbəsinin fəaliyyəti barədə müraciətlərinə baxılmış, qaldırılan məsələlər nəzarətə götürülərək Ağstafa rayon icra və probasiya şöbəsinə müvafiq tapşırıqlar verilmişdir.