Bələdiyyələrin faəliyyətinin təşkilinə kömək və metdoloji yardım məqsədilə seminar- müşavirə keçirilmişdir.

Şəmkir regional ədliyyə idarəsi tərəfindən 26.04.2022-ci il tarixdə Gədəbəy rayonunun bələdiyyələri ilə seminar keçirilmişdir. Seminarda bir sıra mövzularla yanaşı "Yerli büdcə gəlirlərinin artırılması istiqamətində qanunvericiliklə müəyyənləşdirilmiş mənbələrdən istifadə imkanlarının təkmilləşdirilməsi ", "Bələdiyyələrdə ictimai şuraların yaradılması ilə bağlı qanunvericiliyin tələbləri", "Bələdiyyə aktlarının inzibati nəzarəti həyata keçirən orqana "Bələdiyyələrin iş portalı" vasitəsi ilə göndərilməsinin əhəmiyyəti" mövzularında çıxışlar edilmişdir. Yekunda bələdiyyələri maraqlandıran digər suallar da cavablandırılmışdır.