Rayon haqqında
Gədəbəy Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Sahəsi 1229 kvadrat kilometr, əhalisi 96,1 min nəfərdir. Tarixi məlumatlara görə, Gədəbəy sözü qədim türk dillərindəki get, gedik(təpə) və bək(keşikçi, gözətçi) sözlərinin birləşməsindən yaranmış, «müşahidə məntəqəsi», yaxud «keşikçi təpəsi» mənasını ifadə edir. Gədəbəy rayonunun ərazisi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın Xocalı yaşayış məskəni ilə birgə Gədəbəydən aşkar edilmiş arxeoloci tapıntılar nəticəsində son Tunc və ilk Dəmir dövrünə (e.ə. XIV-VII əsrlər) aid Xocalı-Gədəbəy mədəniyyəti müəyyən edilmişdir. Bu dövrdə Gədəbəydə qalaça adlanan qurğular tikilmişdir. Bu ərazinin əhalisi orta əsrlərdə də Azərbaycan tarixində mühüm rol oynamışdır.
Düşmən hücumundan qorunmaq üçün tikilmiş keşikçi qalaları, nadir memarlıq abidələrindən olan Qız qalası (IX əsr), Novosaratovka kəndində məbəd (1535-ci il), Qalakənddə qala (XVI əsr), Böyük Qaramurad kəndində məbəd (1634-cü il) və s. bunu sübut edir. Ümumiyyətlə, Gədəbəydə dünya əhəmiyyətli 1, ölkə əhəmiyyətli 81 və yerli əhəmiyyətli 24 tarixi abidə mühafizə olunur. XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqaza nüfuzu zamanı Gədəbəyin hərbi-strateci mövqeyinə xüsusi üstünlük verilmişdir. Təsadüfi deyildir ki, XIX əsrin 40-cı illərində Gədəbəy ərazisində ilk rus məskənləri salınmışdı. Gədəbəy rayonunun hazırkı inzibati mərkəzi olan Gədəbəy şəhərinin əsası isə 1863-cü ildə qoyulmuş, çar Rusiyası dövründə yeni yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının Yelizavetpol qəzasının tərkibinə daxil edilmişdi. Gədəbəyin yüksəlişində burada 1849-cu ildə kəşf edilmiş mis filizi əsasında 1855-1856-cı illərdə misəritmə zavodunun tikilməsi böyük rol oynamışdır. Gədəbəydə mis filizi çıxarılması və misəritmə işi sonralar alman sahibkarları Simenslərə keçmişdi. Bu müəssisə 1865-ci ildə yenidən qurulmuş, 1883-cü ildə isə ikinci zavod-Qalakənd misəritmə zavodu tikilmiş, Gədəbəy-Qalakənd arasında dar dəmir yolu xətti çəkilmişdi. Qalakənddə misi elektrik üsulu ilə əritmək üçün Rusiyada ilk dəfə olaraq su elektrik stansiyası tikilmişdi.
Rusiya imperiyasında istehsal olunan misin dörddə bir hissəsi Gədəbəy-Qalakəndin payına düşürdü. Gədəbəy-Qalakənddə mislə bərabər, xeyli miqdarda qızıl və gümüş də əldə edilmişdi. Burada istehsal olunan məhsul, nəinki Rusiya bazarına, eləcə də dünya bazarına çıxarıldı. Müasir istehsal prosesi ərazidə müvafiq infrastruktur yaradılması ilə müşahidə olunurdu. Bunun nəticəsi idi ki, Gədəbəy bütün tələblərə cavab verən Avropa tipli qəsəbəyə çevrilmişdi. Gədəbəy-Qalakənd mis filizi rayonunda çalışan fəhlələr sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün mübarizə aparırdılar. Ona görə də Azərbaycan tarixində məşhur Gədəbəy tətilləri (1872, 1878, 1904, 1905, 1907, 1917) xüsusi yer tutur. Birinci Dünya müharibəsinin sonlarına doğru Gədəbəy-Qalakənd mis əritmə zavodlarının fəaliyyətinin zəifləməsi ilə Gədəbəyin mövqeyində də dəyişiklik baş verir. İqtisadi həyatda kənd təsərrüfatının, xüsusilə kartofçuluğun rolu artdı. Gədəbəyin elmi-mədəni həyatında XIX əsrin ortaları - XX əsrin əvvəllərində aparılmış arxeoloci qazıntılar da mühüm yer tutur. Onların nəticəsi «Folker Şpis» elmi nəşriyyatı tərəfindən «Qalakənd» adlı elmi əsər şəklində Berlində çap edilmiş və Berlin dövlət muzeyində saxlanılır. Gədəbəyin əhəmiyyəti nəzərə alınaraq 8 avqust 1930-cu ildə müstəqil inzibati vahid-rayon kimi ayrılmışdı. 1930-cü ildən 1960-cı illərin sonunadək olan dövrdə rayonun iqtisadiyyatı nisbətən zəif inkişaf etmişdi. Həmin dövrdə yalnız qoyunçuluq sahəsində müəyyən göstəricilər əldə olunmuş, «Gədəbəy dağ merinosu» kimi zərif yunlu qoyun növü yetişdirilmişdir. Gədəbəylilər 1941-1945-ci illər müharibəsində fəal iştirak etmiş, rayondan iki nəfər Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdü. 1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasına nail olan ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək niyyətlərini də davam etdirirlər. 1968-1969-cu illərdə ermənilər Gədəbəy rayonunun ərazisini zəbt etmək üçün Moskvada olan havadarlarının köməyi ilə geniş kampaniyaya başlamışdılar. Ermənilər rayonun Şınıx bölgəsində yerləşən Qaravəlilər, Hacılar və Göyəlli kəndlərinə məxsus 730 hektar torpağın zəbt olunmasına, Tağılar kəndinin əhalisinin isə öz doğma yurd-yuvalarından köçürülməsinə nail oldular. Tağılar, Qaravəlilər və Göyəlli kəndlərindən 70 nəfərədək kənd sakini 1969-cu ilin may-iyun aylarında etiraz əlaməti olaraq Moskva şəhərində olsalar da, onların haqq səsini eşidən olmadı.
Ermənilər Şınıx zonasının, eləcə də Gədəbəy rayonunun digər torpaqlarını ələ keçirmək üçün yollar axtarmaqda davam etdirdilər. Azərbaycan KP MK-nın 14 iyul 1969-cu il tarixdə keçirilən Plenumunda Ümummillilider, Ulu öndər Heydər Əlirza oğlu Əliyev dərhal həmin hadisələrə müdaxilə etdi. Rayon sakinlərinin bir qrupunu qəbul edərək, onların qaldırdıqları məsələlərin operativ həllinə göstəriş verdi. Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrü (1969-1982-ci illər) respublikanın hər bir yerində olduğu kimi, Gədəbəy rayonunda da geniş quruculuq işləri ilə əlamətdar oldu. Gədəbəy şəhərində Mərkəzi univermaq, hündürlüyü 100 metr olan teleötürücü qüllə, mərkəzi avtovağzal, 5 min tamaşaçı tutan stadion və idman kompleksi, 1941-1945-ci illər müharibəsi zamanı həlak olan döyüşçülərin xatirə kompleksi tikildi. Həmin dövrdə Gədəbəy şəhərində müasir tipli «Rabitə evi» və 1000 nömrəlik ATS-in istifadəyə verilməsi şəhər əhalisinin telefon problemini həll etmişdir. 1978-ci ildə «Qaraçökək» adlanan sahədən Gədəbəy şəhərinə su kəməri çəkilmiş, 600 ton su tutumu olan anbarın tikilməsi ilə şəhərdə çoxmənzilli yaşayış evlərinin su təchizatında lazımi qayda yaradılmışdır. Rayonda məktəb tikintisinə də xüsusi diqqət yetirilmişdir. Hazırda rayonda birtipli layihə əsasında tikilmiş 4 ümumtəhsil məktəblərindən ikiisi 1 saylı Qoşabulaq və Samanlıq kənd orta məktəbləri həmin dövrdə inşa edilmiş, Gədəbəy şəhərində 720 şagird yeri olan müasir tipli texniki peşə məktəbi binasının tikintisinə başlanılmışdır. Bundan başqa, 35 ümumtəhsil məktəbində 289 əlavə sinif otaqları tikilmişdir. Gədəbəy şəhərində və rayonun bütün kəndlərində mənzil tikintisi geniş vüsət almışdır. Rayon ərazisində ümumi sahəsi 133,152 kvm. olan yaşayış evləri, o cümlədən, Gədəbəy şəhərində 7 ədəd çoxmənzilli yaşayış binaları tikilmişdir. Bu illərdə uzunluğu 45 km olan Şəmkir-Gədəbəy avtomobil yoluna asfalt örtüyü çəkilmiş, Novosaratovka-Şınıx avtomobil yolunun (18 km) tikintisinə başlanılmışdır. Şəmkir-Novosaratovka avtomobil yolunun üzərində yerləşən Zəhmət, Gərgər, Poladlı, Qaraməmmədli və Novosaratovka kəndlərində və Gədəbəy şəhərində 6 yeni körpü tikilmişdir.
Şınıx kəndində 15 çarpayılıq xəstəxana, Böyük Qaramurad, Zəhmət və Xarxar kəndlərində hər biri 300 nəfər tamaşaçı tutan mədəniyyət evləri tikilərək əhalinin istifadəsinə verilmişdir. 1970-ci ildən başlayaraq, rayonda müasir tipli heyvandarlıq komplekslərinin tikintisi ardıcıl xarakter almışdır. Qısa müddət ərzində Gərgər, Samanlıq, Novosaratovka və Zəhmət kəndlərində hər biri 800 başlıq heyvandarlıq kompleksləri tikilmiş, bununla da rayonda heyvandarlığın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əsaslı dönüş yaradılmışdır. Həmin illərdə rayonda ət, süd istehsalı 2 dəfədən çox artmış, iribuynuzlu mal-qarının, qoyunların sayı xeyli çoxalmışdır. Kartof istehsalı 1970-ci ildə 6.495 ton olduğu halda, 1980-ci ildə 31,198 tona çatdırılmışdır. Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən qəsdən uzaqlaşdırıldıqdan sonra Gədəbəy rayonu yenidən ermənilərin hədəfinə çevrildi. 1990-cı ilin 20 yanvar faciəsindən bir neçə gün sonra ermənilər rayonun Şınıx bölgəsinin 6 nəfər dinc sakinini qətlə yetirdilər. 1988-1992-ci illərdə rayonun sərhədyanı kəndləri ermənilər tərəfindən müntəzəm olaraq atəşə tutulurdu. Həmin dövrdə əzəli Azərbaycan torpağı olan, lakin sonralar Ermənistana verilmiş Başkənd quldur yuvasına çevrilmişdi. 1992-ci ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Şınıx bölgəsinin iki kəndi - Mutudərə və Qasımağalı kəndləri yandırıldı. Lakin Azərbaycanın Milli ordusunun mərd və mübariz əsgərləri 8 avqust 1992-ci il tarixdə erməni quldurlarını Başkənd kəndindən və Şınıx bölgəsinin işğal olunmuş hissəsindən təmizlədilər. 1988-ci ildən başlayaraq 1993-cü ilin iyun ayınadək olan dövrdə Gədəbəy rayonunun mərd və mübariz oğulları erməni təcavuzkarlarının bütün hücumlarının qarşısını cəsarətlə alaraq, özlərinin torpağa, Vətənə bağlılıqlarını bir daha sübut etdilər. Xalqın inadlı tələbi ilə Heydər Əliyevin 1993-cü ilin 15 iyununda yenidən hakimiyyətə qayıdışı, oktyabrda isə Prezident seçilməsi Gədəbəydə vətənpərvərlik ruhunu daha da artırdı. Erməni işğalçılarına qarşı mübarizədə Gədəbəydən dörd nəfər Milli Qəhrəman adı almış, 200-dək gədəbəyli torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuşdur. 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs haqqında sazişin imzalanması Gədəbəy rayonunda iqtisadiyyatın dirçəlməsinə, dinc quruculuq işlərinə güclü təkan verdi. Heydər Əliyevin müstəsna əməyi nəticəsində hazırlanmış, 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu hər bir gədəbəylinin həyati mənafeyinə müsbət təsir göstərmiş, onların maddi təminatına müstəsna zəmin yaratmışdır.
YERLİ ƏDLİYYƏ QURUMLARI
Dövlət notariusu: İsmayılova Telli İsa qızı;
Telefon: 02232-6-47-05;
Ünvan: M.Ə.Rəsulzadə küç.;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: VII-I
Gədəbəy rayon qeydiyyat şöbəsi
Rəis: İsmayılov Vidadi Məhəmməd oğlu;
İş telefonu: 02232-5-48-34, 6-01-76;
Ünvan: H.Əliyev prospekti 3;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: VII-I
Gədəbəy rayon icra qrupu
Rəis: İsgəndərov Yelmar Firudin oğlu;
İş telefonu: 02232-6-41-26;
Ünvan: Gədəbəy şəhəri, H.Əliyev prospekti 1;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Gədəbəy rayon bələdiyyələrinin siyahısı
Bələdiyyənin adı |
Bələdiyyə sədrinin adı, |
Ünvanı |
Telefon nömrəsi |
Gədəbəy bələdiyyəsi |
Səfərov Zirəddin Rüstəm oğlu |
Gədəbəy şəhəri |
050-390-28-11 |
Qoşabulaq bələdiyyəsi |
Ələkbərov Rasim Şamil oğlu |
Qoşabulaq, Rəmə, Totuqlu, Pərzamanlı, Samanlıq, Tərs yer, Moruxlu kəndləri |
050-340-42-22 |
Nərimankənd bələdiyyəsi |
İsmayılov Ədalət Məsim oğlu |
Nərimankənd, Çanaqç kəndləri |
050-687-54-94 |
Slavyanka bələdiyyəsi |
Məmmədov Firudin Hadı oğlu |
Slavyanka, Maarif kəndləri |
050-518-88-17 |
Zəhmətkənd bələdiyyəsi |
Abbasov Tofiq Mirzalı oğlu |
Zəhmətkənd, Qarabulaq kəndləri |
051-737-20-03 |
Xarxar bələdiyyəsi |
Məmmədov Mikayıl Qasım oğlu |
Xarxar kəndi |
050-621-01-47 |
Ərtəpə bələdiyyəsi |
Məmmədov Nizami Qara oğlu |
Ərtəpə, Pirbulaq, Soyuqbulaq kəndləri |
055-426-60-02 |
Söyüdlü bələdiyyəsi |
Abdullayev Fərman Çoban oğlu |
Söyüdlü kəndi |
050-220-17-10 |
Arıqdam bələdiyyəsi |
Əliyev Ramik Baba oğlu |
Arıqdam kəndi |
050-352-72-75 |
Qaradağ bələdiyyəsi |
Məmmədov Fəxrəddin Bəşir oğlu |
Qaradağ, Daşbulaq kəndləri |
050-343-91-04 |
Düzyurd bələdiyyəsi |
Aslanova Hicran Mahmud qızı |
Düzyurd, Talakənd kəndləri |
051-912-26-56 |
Dəyəqarabulaq bələdiyyəsi |
Abdullayev Cəmil Oruc oğlu |
Dəyəqarabulaq, Günəşli, Musayal kəndləri |
051-705-59-14 |
Miskinli bələdiyyəsi |
Bayramov Məcnun İsa oğlu |
Miskinli, Qalakənd, Plankənd kəndləri |
050- 580-73-50 |
Çaldaş bələdiyyəsi |
Xamayev Mehman Məhəmməd oğlu |
Çaldaş, Səbətkeçməz, Əlinağılar, Arısu kəndləri |
050- 630-86-13 |
Çalburun bələdiyyəsi |
Bağırov Namiq Qurban oğlu |
Çalburun kəndi |
050-749-75-85 |
Gərgər bələdiyyəsi |
Məmmədov Tahir Səfər oğlu |
Gərgər, Qarıkənd, Yenikənd kəndləri |
050- 398-73-53 |
Dəyirmandağ bələdiyyəsi |
Allahverdiyev Nürəddin İsmayıloğlu |
Dəyirmandağ, Haçıələkbərli, Köhnəkənd, Qurudərə, Sarıköynək kəndləri |
050- 441-00-79 |
Şəkərbəy bələdiyyəsi |
Nağıyev Fazil Qələndər oğlu |
Şəkərbəy, Heydərli, Əmiraslanlı, Qasımağalı, Yaqublu, Gödəkdərə, Sarıhəsənli kəndləri |
050-318-42-61 |
Kicik Qarmurad bələdiyyəsi |
Musayev Cəmil Hüseynqulu oğlu |
Kiçik Qaramurad, Leşkər, Parakənd, Qaravultomba kəndləri |
050- 565-53-80 |
Alnabat bələdiyyəsi |
Məmmədov Rəşid Müsəllim oğlu |
Alnabat, Daryurd, Cəfərli, Nağılar kəndləri |
050-672-27-84 |
Arıqıran bələdiyyəsi |
Heydərov Teymur Sadiq oğlu |
Arıqıran, Əyrivəng kəndləri |
050-350-84-92 |
Inəkboğan bələdiyyəsi |
Tağıyev Seymur Dadaş oğlu |
İnəkboğan, Kərimli, Könəqışlaq, Qasımlı kəndləri |
050-551-68-78 |
Böyük Qaramurad bələdiyyəsi |
Qasımov Faiq Şərif oğlu |
Böyük Qaramurad, Ataxal, Qurudərə, Toplar kəndləri |
055-508-56-23 |
Qaraməmmədli bələdiyyəsi |
Həsənov Mətləb Abbasəlioğlu |
Qaraməmmədli, Dikdaş, Kəsəmən, Poladlı, Emir, Hacıalılar, Heriknaz, Kəlaman, Qozqaralı kəndləri |
050-585-24-46 |
Novosaratovka bələdiyyəsi |
Əliyeva Fəridə Çərkəz qızı |
Novosaratovka kəndi |
050-441-41-60 |
Novoivanovka bələdiyyəsi |
Qarayev Qara Akif oğlu |
Novoivanovka, Çalburun, Yeniken kəndləri |
050- 592-13-53 |
Şahdağ bələdiyyəsi |
Əliyeva Şəlalə Müzəffər qızı |
Şahdağ, Arabaçı kəndləri |
050-581-66-93 |
Arabaçı bələdiyyəsi |
Bayramov Əlövsət Talıb oğlu |
Arabaçı, Fərzalı, Isalı, Cücənli, Dördlər, Qasımağalı, Mutudərə, Mormor, Zamanlı kəndləri |
050- 354-71-85 |
Düz Rəsullu bələdiyyəsi |
Əsgərov Çingiz Qətl oğlu |
Düz Rəsullu, Gərməşöylü, Göyəmli, Hüseyinqulular, Rəhimli, Təkyemişan, Çay Rəsullu, Bəydəmirli, Turuşsu kəndləri |
050-624-24-49 |
Şınıx bələdiyyəsi |
Qurbanova Elnarə Ələddin qızı |
Şınıx, Kollu, Göyəlli kəndləri |
050-399-98-56 |
Hacılar bələdiyyəsi |
Həsənov Fərrux Qəmət oğlu |
Hacılar, Sonalar, Əyridərə, Qaravəlilər, Məmmədcəfərli kəndləri |
050-536-09-93 |