Rayon haqqında
Qazax rayonu respublikanın qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan Gəncə-Qazax düzənliyinin şərq hissəsində yerləşir. Qazax rayonu Şimal-qərbdən Gürcüstan Respublikası ilə 9 km, cənub qərbdən Ermənistanla 168 km sərhəddir. Ərazisi 692 kv.km, əhalisi 92020 nəfərdir. Ərazinin 77 kv.kilometri (11%-i), yəni 7 kəndi işğal altındadır, 5 kəndi isə erməni silahlı birləşmələrinin daim atəşinə məruz qalır.
Ulu Öndər Heydər Əliyev 3 dəfə, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları isə 6 dəfə Qazax rayonuna səfər etmişdir. Ulu Öndər Heydər Əliyev Qazağa səfəri zamanı demişdir: “Siz əziz qazaxlılar, burada həm öz torpağınızı qoruyursunuz, həm Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız”.
Əhalinin ümumi sayının 49 %-i kişilər, 51 %-i qadınlardır. Əhalinin 99,58 %-ni azərbaycanlılar, 0,42 %-ni isə digər millətlərin nümayəndələri təşkil edir. Rayonda 267 Qarabağ müharibəsi əlili, 353 şəhid ailəsi, 656 qaçqın və 7527 məcburi köçkün vardır.
Rayonda bir şəhər və 34 kənd yaşayış məntəqəsi olmaqla 23 ərazi icra nümayəndəliyi və 17 bələdiyyə fəaliyyət göstərir.
Qazax rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, üzümçülk və meyvəçilik mühüm yer tutur. Ərazisinin 66,9 %-i və ya 46 295 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunlardan 32,2 %-ni və ya 21 334 hektarını əkin sahələri təşkil edir.
Aparılan aqrar islahatın nəticəsində 15 568 nəfər mülkiyyətçi 24 268 hektar əkin sahəsini və çoxillik əkmələr altında olan torpaqları əvəzsiz olaraq pay kimi almışlar.
2003-2012-ci illərdə rayonda 212 müəssisə yaradılmış, 6378 daimi olmaqla 8136 yeni iş yeri açılmışdır.
Rayonda 26 sənaye müəssisələri fəaliyyət göstərir. Onlardan 13-ü mədənçıxarma,9-u emal və 4-ü digər sahələrdir. Sənaye fəaliyyəti ilə 792 nəfər məşğul olur. İstehsal olunan məhsulun satış yerinə görə bölgüsü - rayonda 45, respublikada 25, respublikadan kənarda isə 30% təşkil edir.
Rayonda 1 Azərbaycan Müəllimlər İnstitutunun Qazax rayon filialı, 1 Sosial İqtisad Kolleci və 1 Peşə Liseyi, 47 ümumtəhsil məktəbi, bunlaradan 7 ibtidai, 6 əsas və 34 orta, 31 məktəbəqədər və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
Əhaliyə 1 “Diaqnostika mərkəzi”, 7 xəstəxana, 20 ambulator - poliklinika, 17 tibb və feldşer-mama məntəqəsi səhiyyə xidməti göstərir.
Rayonda 1 “Heydər Əliyev Mərkəzi”, 1 “Şahmat Mərkəzi”, 1 “Gənclər Mərkəzi”, 1 rəsm qalereyası, 1 poeziya evi, 21 mədəniyyət evi, 55 kitabxana, 2 uşaq musiqi məktəbi, 24 klub, 1 teatr, 1 kinoteatr, 1 dövlət qoruğu, 2 muzey və 1 ev muzeyi vardır.
Qazaxda 112 tarixi memarlıq abidəsi var ki, onlardan 3-ü dünya, 52-si ölkə, 57-si isə yerli əhəmiyyətlidir.
Rayonda 1 Olimpiya İdman Kompleksi, 1 stadion, 2 üzgüçülük hovuzu, 5 aerobika trenajor zalı və 1 atıcılıq tiri vardır.
Qazax rayonu ərazisindən 44 km uzunluğunda Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi beynəlxalq avtomobil yolu keçir. Rayondaxili yolların uzunluğu 151 km-dir.
Rayonda 7 siyasi partiya, 4 məscid, 1 ziyarətgah, 4 islam yönüllü dini icma, 16 QHT fəaliyyət göstərir. 1 seçki dairəsi, 36 məntəqə və 42606 seçici vardır. Bundan başqa, rayon ərazisində olan 11 seçki məntəqəsi və 13148 nəfər seçici 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinə daxildir.
Qazax rayonunda kütləvi informasiya vasitələrindən “Göyəzən” ictimai-siyasi qəzeti fəaliyyət göstərir. Qəzetin təsisçisi Qazax rayonu İcra Hakimiyyəti və qəzetin redaksiya heyətidir. Qəzet 1932-ci ildən fəaliyyətə başlamışdır. Əvvəllər “Kommuna yolu”, “Qalibiyyət Bayrağı” adı ilə nəşr olunmuşdur. 1988-ci ildə qəzetin adı dəyişdirilərək “Göyəzən” adlandırılmışdır.
YERLİ ƏDLİYYƏ QURUMLARI
Xüsusi notarius: Tağıyev İlyas Nizami oğlu;
Telefon: 02229-5-10-18;
Ünvan: Z.Tağıyev küç.20;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 09:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VII-I
Qazax rayon qeydiyyat şöbəsi
Rəis: Səmədova Məsumə Amin qızı;
İş telefonu: 02229-5-13-29;
Ünvan: H.Əliyev prospekti 172A;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: VI-VII
Qazax rayon icra qrupu
Rəis: Məmmədov İlqar Əhməd oğlu;
İş telefonu: 02229-5-24-33;
Ünvan: Qazax şəhəri, S.Vurğun küçəsi 30;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Qazax rayon bələdiyyələrinin siyahısı
Bələdiyyənin adı |
Bələdiyyə sədrinin adı, |
Ünvanı |
Telefon nömrəsi |
Qazax bələdiyyəsi |
Hüseynov Oktay Səməd oğlu |
Qazax şəhəri |
050-270-21-71 |
Alpout bələdiyyəsi |
Ağakişiyev Polad Məhəmməd oğlu |
Alpout,Abbasbəyli, Məzəm Fərəhli,Quşçu Ayrım kəndləri |
050-689-45-50 |
Aslanbəyli bələdiyyəsi |
Nəsibov Kommunalı Abdulla oğlu |
Aslanbəyli kəndi |
050-358-39-13 |
Aşağı Salahlı bələdiyyəsi |
Hacıyev Niyazi Mirzəli oğlu |
Aşağı Salahlı kəndi |
050-270-21-81 |
Birinci Şıxlı bələdiyyəsi |
Mustafayev Hamlet Cəmil oğlu |
Birinci Şıxlı kəndi |
050-559-60-08 |
Canalı bələdiyyəsi |
Hüseynov Elmar Göycə oğlu |
Canalı-Hüseynbəyli kəndi |
055-642-54-30 |
Çaylı bələdiyyəsi |
Kosayev Vəli Vahid oğlu |
Çaylı-Kommuna kəndi |
050-270-21-74 |
Daş Salahlı bələdiyyəsi |
Quliyev Mahir Şamxal oğlu |
Daş Salahlı kəndi |
050-270-21-75 |
İkinci Şıxlı bələdiyyəsi |
Talıbov Fikrət Həbiş oğlu |
İkinci Şıxlı kəndi |
050-616-94-40 |
Xanlıqlar bələdiyyəsi |
Alhüseynova Asya Əhməd qızı |
Xanlıqlar, Cəfərli, |
055-833-22-05 |
Kəmərli bələdiyyəsi |
Paşayev Ramiz Paşa oğlu |
Kəmərli kəndi |
055-329-81-67 |
Kosalar bələdiyyəsi |
Məmmədov Elşad Həmzə oğlu |
Kosalar kəndi |
050-270-21-79 |
Qaymaqlı bələdiyyəsi |
Hüseynov Alı Cəlal oğlu |
Qaymaqlı kəndi |
050-521-03-06 |
Yuxarı Salahlı bələdiyyəsi |
Məmmədov Şahismayıl Aqqrax oğlu |
Yuxarı Salahlı kəndi |
050-349-43-59 |
Ağköynək – Qarapapaq bələdiyyəsi |
Süleymanov Saleh Nəriman oğlu |
Ağköynək-Qarapapaq kəndi |
050-585-35-16 |
Dəmirçilər – Ürkməzli bələdiyyəsi |
Yusifov Afiq Rüstəm oğlu |
Dəmirçilər-Ürkməzli kəndi |
055-332-39-78 |
Orta Salahlı-Qazaxbəyli bələdiyyəsi |
Alıyeva Südabə Məhəmməd qızı |
Orta Salahlı-Qazaxbəyli kəndi |
050-270-21-80 |