Rayon haqqında
Şəmkir rayonu respublikanın qərb bölgəsində ən böyük aqrar rayonlardan biridir.
Rayonun ərazisi 1.66 min kv km-dir. Əhalisi 01.01.2012-ci il tarixə 200015 nəfərdir.
Rayonda əsasən taxılçılıq, üzümçülük, kartofçuluq, tərəvəzçilik, bostançılıq və meyvəçilik inkişaf etmişdir. İqtisadiyyatda heyvandarlıq mühüm yer tutmaqla sənaye, tikinti və ticarət sahələrində də məşğul əhali çalışır.
Rayonda 1 şəhər, 4 qəsəbə 61 kənd vardır. Yaşayış məntəqələrinin sayı 66-dır.
48 inzibati ərazi dairəsi, 46 bələdiyyə fəaliyyət göstərir.
Rayon ərazisində 181 idarə və müəssisə, 23 özəl bank filialı, 1 rabitə müəssisəsi, 1 telekommunikasiya qovşağı vardır.
Hazırda məşğul əhalinin sayı 15514 nəfərdir. O cümlədən sənayedə çalışanların sayı 811 nəfər, tikintidə 122 nəfər, büdcə təşkilatlarında 10256 nəfər o cümlədən təhsil sahəsində 5730 nəfər, səhiyyədə 2591 nəfər, digər sahələrdə isə 4322 nəfərdir.